Qəribə qəza: Minik avtomobili ön bamperinin üstündə dayandı - VİDEO

1 Aprel 2023 15:12

Türkiyədə Van-Erciş magistral yolunda baş verən qəzada elektrik dirəyinə çırpılan minik avtomobili qəribə şəkildə ön bamperinin üstündə dayanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yoldan keçən sürücülər müşahidə etdikləri görüntünü telefonlarına çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Qeyd olunur ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü xəsarət alıb.

Milli.Az