Qəbələyə 20 sm qar yağıb - FOTO

1 Aprel 2023 09:12

Qəbələdə gecə saatlarından güclü qar yağışı müşahidə olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, gecə saatlarında başlayan qar rayon mərkəzində 8-15 sm dağlıq və dağətəyi ərazilərdə isə 20 sm-dən artıq olub. Yağıntı səbəbindən rayon mərkəzinin bir hissəsində, eləcə də bəzi kəndlərdə elektrik olmayıb.

Milli.Az