Dünya çempionu cinsi təcavüzdə ittiham olunur

1 Aprel 2023 08:41

"Sevilya"nın və Argentina millisinin müdafiəçisi Qonsalo Montiel bir qrup şəxslə birlikdə zorlamada ittiham olunur.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Hadisənin 2019-cu il yanvarın 1-də, futbolçunun ad günündə, yaşadığı evdə baş veridiyi bildirilir. Zorakılığın qurbanı Montiellə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla, oyunçunun ətrafı tərəfindən hədələr alıb.

Qeyd edək ki, Montiel Argentina millisi ilə DÇ-2022-nin qalibi olub.

Milli.Az