Avdeyevkaya hücum nəticəsində 2 nəfər həlak oldu

31 Mart 2023 23:45

Rus ordusu Avdeyevkaya hücum edərək iki nəfəri öldürüb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Öldürülənlərdən birinin körpə olduğu bildirilir.

Yermak əlavə edib ki, hücumda iki nəfər yaralanıb.

Həmçinin, fərdi evlərə ziyan dəyib.

Milli.Az