3 aprel 2023-cü il tarixində Bakı Biznes Mərkəzində Energetika Nazirliyi və AZPROMO-nun təşkilatçılığı ilə "Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu" keçiriləcək.
Energetika Nazirliyindən verilən məlumata görə, forumda iki ölkə arasında bərpa olunan enerji üzrə əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, yaşıl enerji layihələrinə dair uzunmüddətli planlar, "yaşıl hidrogen" layihələri, elektrik enerjisi istehsalındakı mövcud vəziyyət və "təmiz enerji" texnologiyalarının tətbiqinə dair müzakirələr aparılacaq.
Tədbir çərçivəsində, həmçinin, Azərbaycan və ABŞ şirkətlərinin iştirakı ilə biznes görüşlərin keçirilməsi nəzərdə tutulur.
Milli.Az