“Xəzər”in canlı efirinə pələng gətirildi - VİDEO

31 Mart 2023 15:42

Xəzər TV-nin canlı efirində maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, "Xəzər axşamı" verilişinə Bakı Dövlət Sirkinin əməkdaşları dəvət edilib.

İrəliləyən dəqiqələrdə isə canlı efirə pələng gətirilib.

Bundan qorxan proqramın qonağı əməkdar artist Elza Seyidcahan pələng gedənə qədər studiyadan uzaqlaşıb.

Aparıcı İslam Mehrəliyev də qorxduğunu bildirsə də, Mətanət Əliverdiyeva cəsarəti ilə diqqət çəkib.

Həmin anları təqdim edirik.

Milli.Az