Evdə oynayarkən yıxılan 6 yaşlı uşaq öldü

31 Mart 2023 13:58

Lənkəranda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Liman qəsəbə sakini olan 6 yaşlı İ.Fərəcli martın 26-da evdə oynayarkən yıxılaraq xəsarət alıb.

Azyaşlı xəstəxanaya yerləşdirilsə də, martın 30-da vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az