Azərbaycanda qeyri-adi şantaj: Qadın bilib lüt şəkillərini göndərdi, kişi çıxdı

31 Mart 2023 17:24

Azərbaycanda qeyr-adi şantaj qeydə alınıb. 

Milli.Az bildirir ki lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. 

Polisə müraciət edən şəhər sakini 24 yaşlı Mətləb Bağırov naməlum qadın tərəfindən şantaj edildiyini bildirib. Şikayətçi qeyd edib ki, naməlum bir qadın onu mobil telefonuna mesaj yazaraq tanış olmaq istədiyini deyib. 

Həmin qadın sonradan oğlana ona qeyri-münasib şəkillərini göndərməsini xahiş edib. Aralarında yaranmış səmimiyyətə arxayın olan oğlan qadına şəkillərini göndərib. Bundan sonra, həmin nömrədən bir kişi oğlana zəng edərək onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək pul tələb edib. 

Daxil olan şikayət əsasında Abşeron rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Milli.Az