Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib

31 Mart 2023 13:01

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, görkəmli xanəndə  Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.

Gecədə  Əməkdar mədəniyyət işçisi Ilqar Fəhmi xanəndənin həyat və yaradıcılığından söz açıb. Konsert proqramında unudulmaz xanəndənin repertuarından muğamlar,  bəstələdiyi mahnı və təsniflər səsləndirilib.

Tanınmış incəsənət xadimləri və xanəndənin ailəsinin də iştirak etdiyi tədbirdə əslən Cənubi Azərbaycandan olan dünyaca məşhur rəssam və xanəndə  Vədud Müəzzin Əlibaba Məmmədovun   özünəməxsus ustalıqla yaratdığı portretini ailə üzvlərinə hədiyyə edib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az