Bakıda 31 evdən 36 min manatlıq oğurluq olub

31 Mart 2023 17:02

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 31 evdən ümumi dəyəri 36.000 manatdan çox olan təmir-tikinti alətləri, inşaat materialları, naqil və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini Nizami Əliyev və Bakı şəhər sakini Mahir Talıbov saxlanılıblar.

Araşdırma aparılır.

Milli.Az