Qaydaları heçə saydı, dəhşətli qəzaya səbəb oldu - VİDEO

31 Mart 2023 13:41

Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

Milli.Az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb. 

Belə ki, VAZ-2107 markalı avtomobilin işıqforun yaşıl işığından və yolayrıcının keçilməsi qaydasını pozub. 

Bu zaman yolayrıcına daxil olan "Mercedes-Benz" əvvəlcə həmin nəqliyyat vasitəsinə, daha sonra isə yol kənarında dayanan VAZ-2104 markalı avtomobilə çırpılıb.

VAZ-2104 də öz növbəsində park halında olan "Hyundai" markalı avtomobilə çırpılıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Avtomobillərə ciddi maddi ziyan dəyib.

Milli.Az