Nikol Paşinyandan etiraf: "İrəvandakı reytinqimiz heç 30 faizə çatmır”

31 Mart 2023 12:46

"İrəvandakı reytinqimiz heç 30 faizə çatmır".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, bu səbəbdən də sentyabrda mer seçkiləri keçirilməyəcək: "Vitse-mer Tiqran Avinyanın səylərinə baxmayaraq, sentyabrda şəhər seçkiləri olmayacaq. Çünki indi erkən seçkilər intihara bənzəyir".

Qeyd edək ki, bu il martın 17-də İrəvan şəhərinin meri Qraçi Sarkisyan istefa verib.

Milli.Az