“Bayraktar Kızılelma” 20 min fut yüksəklikdə... - VİDEO

31 Mart 2023 14:36

Türkiyənin "Bayraktar Kızılelma" dronu 20 min fut yüksəkliyə qalxaraq ən çətin sınaqdan uğurla keçib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, uçuşlar Türkiyənin "Baykar Makine" şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərliyi ilə həyata keçirilib.

O bildirib ki, üçüncü uçuşlar uğurla tamamlandığı üçün 2024-cü ilin əvvəlində "Bayraktar Kızılelma"nın kütləvi istehsalına başlamağı hədəfləyir.

Milli.Az