“WhatsApp”da yeni funksiya ilə bağlı detallar - FOTO

31 Mart 2023 13:08

"WhatsApp"ın beta versiyasında "Newsletter" (xəbər bülleteni) xüsusiyyəti görünüb.

Bu funksiya üzərində iş getdiyi barədə fevral ayında elan edilmişdi. İndi isə yenilənmə barədə bəzi detallar aydın olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, yeni xüsusiyyət istifadəçilərə abunə ola biləcəyi xəbər lenti yaratmaq imkanı verir.

Bundan başqa, xəbər bülleteninə başlıq və təsvir qoyulacaq. Bundan sonra o, status bölməsində görünəcək.

Digər istifadəçilər dəvət linkindən istifadə edərək, yaxud da "WhatsApp"da istifadəçi adını daxil etməklə bura qoşula bilərlər.

Xəbər bülletenləri istəyə bağlı olacaq, yəni iştirak öhdəliyi yoxdur, eyni zamanda abunəliyi ləğv etmək mümkündür, alqoritmik tövsiyələr olmadığı üçün isə "WhatsApp" heç bir yeni xəbər bülleteni təklif etməyəcək.

Bundan əlavə, funksiya sosial şəbəkə ilə əlaqəli deyil, çünki o, sadəcə şəxsi mesajlaşmanın genişləndirilməsidir və ismarışlar "başdan-sona" ("end-to-end") şifrələmə xidməti ilə qorunacaq.

Milli.Az