Ağ Evdən gözlənilməz açıqlama

31 Mart 2023 08:59

Hindistan ABŞ-ın müttəfiqi deyil və heç vaxt da olmayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ağ Ev administrasiyanın Hind-Sakit okean siyasəti koordinatoru Kurt Kempbell bildirib.

"Hindistan böyük gücdür. Hindistan ABŞ-ın müttəfiqi deyil və heç vaxt da olmayacaq. Lakin bu, o demək deyil ki, biz yaxın tərəfdaşlar olmayacağıq və bir çox məsələlərə ortaq yanaşmayacağıq", - o deyib.

Milli.Az