Ukrayna şəhərlərində həyəcan siqnalı elan edildi

31 Mart 2023 08:21

Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Kiyev regional hərbi administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Kiyev, Sum, Çerniqov, Xarkov vilayətlərinə PUA-ların hücum təhlükəsi var.

Sakinlərə xəbərdarlıq olunub ki, sığınacaqları tərk etməsinlər.

Milli.Az