TBMM qəbul etdi: Finlandiya NATO-ya üzv olur

31 Mart 2023 07:59

Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səsvermənin nəticələrinə əsasən, Finlandiya alyansa tam şəkildə daxil olmaq üçün qanuni əsaslar əldə edib.

Qeyd edək ki, Türkiyə Finlandiyanın alyansa qoşulmasını dəstəkləməyən sonuncu NATO üzvü idi.

Milli.Az