Rusiyadan əsər-əlamət qoymayacağıq - Zelenski

31 Mart 2023 07:27

Ukrayna artıq qarşıdakı qələbə üçün hazırlıqlara başlayıb. Ölkə ərazisində bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu fikri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində söyləyib.

O qeyd edib ki, Ukrayna cəbhədə və ədalətin bərpasında qalib gələcək:

"Biz öz torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq. Və heç bir düşmən də cəzasız qalmayacaq".

Milli.Az