Türkiyədə zəncirvari yol qəzası olub, xeyli sayda yaralı var

30 Mart 2023 23:41

Türkiyədə 11 nəqliyyat vasitəsi toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, zəncirvari yol qəzasında ilkin məlumata görə, 17 nəfər xəsarət alıb.

Yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə Samsun-Ankara avtomobil yolunun Kavak qəsəbəsinin girişində baş verib.

Qəzaya səbəb kimi qarlı hava səbəbindən yolların buz bağlaması göstərilir.

Hadisə yerinə təcili tibbi yardım avtomobilləri və polis cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az