Reperin azyaşlı oğlu 5-ci mərtəbədən YIXILDI - FOTO

30 Mart 2023 22:35

Amerikalı məşhur reper Flou Raydanın 6 yaşlı oğlu pəncərədən yıxılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hadisə 3 həftə əvvəl Nyu-Cersidə baş verib.

Beşinci mərtəbədən yıxılan uşaq çanaq sümüyü və sol ayağının sınığı, qaraciyərin yırtılması, ağciyərlərin çökməsi, daxili qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Azyaşlı hazırda reanimasiyadadır.

Milli.Az