147 min insan orduya çağırılır - Putindən təcili fərman

30 Mart 2023 21:42

Rusiya Prezidenti Vladimir Putin hərbi xidmətə yaz çağırışı ilə bağlı fərman imzalayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hökumət portalında məlumat yayılıb.

Bildirilib ki, 1 aprel - 15 iyul tarixlərini əhatə edəcək yaz çağırışında 147 min Rusiya vətəndaşının hərbi xidmətə cəlb edilməsi planlaşdırılır.

Milli.Az