İranın Azərbaycanda dindən siyasi məqsədlə istifadəyə çalışması açıq hiss olunur - Ceyhun Məmmədov

30 Mart 2023 16:30

Hazırda bəzi dövlətlərin, o cümlədən, İran rejiminin Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə, dindarlar arasında radikal fikirlərin yayılmasına çalışması açıq hiss olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər" mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar: "Öz növbəsində, Azərbaycanın müvafiq dövlət qurumları ölkəmizdə dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyillərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir".

Milli.Az