“Qara Qarayev və tələbələri” adlı Orqan Musiqisi Axşamı keçirilib - FOTO

30 Mart 2023 15:40

Kamera və Orqan Musiqisi zalının səhnəsində görkəmli bəstəkar Qara Qarayevin 105 illik yubileyinə həsr olunmuş "Qara Qarayev və tələbələri" adlı Orqan Musiqisi Axşamı keçirilib.

Musiqili gecədə solistlər Azərbaycan Respublikasının Əməkdar artisti Töhfə Babayeva (violin), Rasimə Babayeva (orqan), Nigar Məmmədova (orqan), Səbinə Aslanova (orqan), Şəfəq Abdullayeva (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnara Dadaşova, Cəlal Abbasovun əsərləri səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az