ABŞ F-35-lərinin yarısı yararsızdır

30 Mart 2023 15:09

ABŞ-ın Hərbi Hava Qüvvələri hazırda 540-dan çox F-35 qırıcısına malikdir. Lakin onların yalnız 53,1%-i döyüş tapşırıqları üçün yararlıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

"F-35 qırıcılarının yarıdan çoxu təlim və döyüş növlərini keçirməyə hazırdır. Amma onlardan 30%-dən az hissəsi bütün tapşırıqları yerinə yetirə bilir", - məlumatda deyilir.

Faktı Hərbi Hava Qüvvələrinin generalı Maykl Şmidt də təsdiqləyib:

"Düşünürəm ki, bu, sadəcə olaraq qəbuledilməzdir. Mənim əsas prioritetim mümkün qədər hazır olmaqdır. İl ərzində qırıcıların hazırlıq səviyyəsini ən azı 10% artırmalıyıq".

Milli.Az