Azərbaycanlı idmançıya 16 il həbs, 74 şallaq cəzası verildi

30 Mart 2023 18:00

İranda azərbaycanlı idmançıya 16 il həbs və 74 şallaq cəzası verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, güneyli idmançımız Səhənd Nurməhəmmədzadə bundan əvvəl edama məhkum edilmişdi. 

Lakin onun haqqında edam hökmünü Ali Məhkəmə ləğv etmişdi. İdmançının atası Cəfər Nurməhəmmədzadə deyib:

"5 dəqiqə ərzində keçirilən məhkəmədən artığını gözləmək olmaz. Bir gənci ictimailəşmədən necə 16 il həbsdə saxlamaq olar? Bu hökm çox ədalətsizdir. Bu rejim qeyri-insanidir və bir gəncin həyatını məhv edir".

Milli.Az