Xalq artistinin səhhətində problem yarandı - FOTO

30 Mart 2023 18:24

Xalq artisti Ramiz Məlikin səhhətində problem yaranıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə ürək-damar cərrahı, millət vəkili Rəşad Mahmudov məlumat yayıb.

O bildirib ki, aktyorun ürəyində hər şey qaydasında olsa da, mədə-bağırsaq problemi aşkarlanıb:

"Bir az soyuqdəymə, bir az da mədə-bağırsaq problemi var. Onu çox sevdiyimiz və işinə ürəkdən inandığımız mütəxəssislərə göndərəcəyimə söz verdim".

Milli.Az