Son sutkada 4 nəfər koronavirusdan ölüb

30 Mart 2023 16:40

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 355 vaksin vurulub.

Milli.Az