Şotlandiyanın ilk müsəlman hökumət başçısı ailəvi şəkillərini paylaşdı - FOTO

30 Mart 2023 19:48

Şotlandiyanın yeni baş naziri Həmzə Yusuf, baş nazirin rəsmi iqamətgahı olan "Bute House"da ilk günündə ailəvi fotosunu paylaşıb. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, görüntüləri özünün "Twitter" hesabında dərc edib.  

"Ailəm və mən bu gün parlamentdəki səsvermədən sonra ilk gecəmizi "Bute House"da keçiririk. İftardan sonra hər zamanki kimi ailəmlə namaz qıldığım xüsusi bir məqam", - deyə o, bildirib.

Qeyd edək ki, martın 28-də Şotlandiya parlamentinin iclasında baş nazir seçilən Yusif ölkənin ilk müsəlman hökumət başçısı olmaqla yanaşı, həm də ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri titullarına sahib olub. 

Milli.Az