İranda restoranlar müştərilərin hicabsız girişinə və canlı musiqiyə görə bağlandı - FOTO

30 Mart 2023 09:14

İranın Mazandaran əyalətinin Nouşəhr şəhərində 3 restoran müştərilərin hicabsız girişinə və canlı musiqiyə görə bağlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, molla rejiminin məmurları son günlər xalqa qarşı məhdudiyyətləri gücləndirmək və əyləncə məkanlarını bacardıqca bağlamağa kökləniblər.

Milli.Az