Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "HEYDƏR ƏLİYEV İli" çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə "AZƏRBAYCANIM" VI RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir və festival çərçivəsində müsabiqə elan olunur:
Yaşı 21-ə qədər ressamlıq istedadı olan şəxslər 2023-cü il aprel ayının 25-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini [email protected] unvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Əsərlər tət-tək göndərilməli , məlumatlar dolğun olmalı,ən coxu 2 əsər göndərilməlidir.
Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Milli.Az