Əməkdar artist vəfat etdi

30 Mart 2023 08:07

Rusiyanın Əməkdar artisti Vladimir Smirnov vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi 74 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, karyerasına 1977-ci ildə Ryazan Dram Teatrında başlayan aktyor "İsti damdakı pişik", "Hər müdrik adama axmaqlıq bəsdir", "Qəribə ailə portreti", "Mənə ay işığı ver", "Beluginin evliliyi", "Yaraşıqlı kişi" kimi tamaşalarda rol alıb.

Milli.Az