Ərdoğan: “Qərb Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi”

30 Mart 2023 07:18

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) seçkilərdə qələbə qazanacağı halda müharibələrə qatılmamaq, ailə institutunun qorunması və Suriyadan olan miqrasiya axınının qarşısını almaq kimi üç ana xətt üzrə hərəkət edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "A-Haber" kanalına müsahibəsində bildirib.

Ərdoğan, həmçinin əlavə edib ki, son iki il ərzində Qərb ölkələri Türkiyəni Rusiyaya qarşı müharibəyə cəlb etmək istəyirdi, lakin AK Parti bunun qarşısını alıb.

Milli.Az