Ukrayna ABŞ-dən 1,25 milyard dollar yardım alıb

29 Mart 2023 23:34

Ukrayna ABŞ-dən 1,25 milyard dollar təmənnasız yardım (qrant) alıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin saytında məlumat verilib.

"Bu gün, martın 29-da Ukraynanın dövlət büdcəsinə 1,253 milyard dollar məbləğində qrant vəsaiti daxil olub", - məlumatda deyilib.

Qeyd olunub ki, bu vəsait ABŞ tərəfindən Dünya Bankının məqsəd fondu vasitəsilə Ukraynada dövlət idarəçiliyini təmin etmək üçün dövlət xərclərinin dəstəklənməsi üçün dördüncü əlavə maliyyələşdirmənin bir hissəsi kimi verilib.

Milli.Az