Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

29 Mart 2023 20:28

Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Milli.Az