Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

29 Mart 2023 12:55

Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Əfqanıstan vətəndaşı olan 1994-cü il təvəllüdlü Z.Qulami üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun intihar cəhdinin qarşısı ərazidəki polis əməkdaşları tərəfindən alınıb.

Z.Qulami izahatının alınması məqsədilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az