Rusiyadan Ermənistana növbəti zərbə

29 Mart 2023 11:05

Rusiya Ermənistana qarşı təzyiqlərini artırmaqda davam edir. Bu dəfə "Rosselxoznadzor" Ermənistandan Rusiyaya süd məhsullarının çatdırılmasına dövlət nəzarətinin qeyri-kafi səviyyədə olduğunu təsdiqləyib.

Milli.Az erməni telegram kanallarına istinadən xəbər verir ki, "Rosselxoznadzor" Ermənistanın baytarlıq xidmətinə yoxlanılan iki müəssisədən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib. Məsləhətləşmələrin nəticələrinə əsasən, Ermənistanın bütün süd emalı müəssisələrindən süd məhsullarının tədarükünə məhdudiyyət qoyulması məsələsinə baxılacaq.

Azər
Milli.Az