Fazil Mustafa ilk ona zəng edib: "Evə daxil ola bilərlər, tez gəl..."

29 Mart 2023 10:48

"Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, "məni vurublar, tez gəl, evə daxil ola bilərlər". Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı".

Milli.Az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

"Ağlıma ilk gələn yer "Semaşko" oldu. Gətirdim bura. Təmkinini itirməmişdi".

Milli.Az