Hakim 85-ci dəqiqədə oyunu bitirdi - “Allah mənə belə dedi” - FOTO

29 Mart 2023 18:54

İtaliyanın C seriyasında keçirilən "Viçensa" - "Arzinano Valçiampo" oyunu zamanı maraqlı olay baş verib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, referi Cüzeppe Mucera oyunun 85-ci dəqiqəsində matçın başa çatdığını elan edib. Lakin o kənardan edilən xəbərdarlıqlardan sonra oyunun yenidən davam etdirilməsini istəyib. Oyundan sonra xəstəxanaya yerləşdirilən Cüzeppe Mucera hallüsinasiya gördüyünü deyib. Həkimlərlə danışan Mucera, "Mən meydançadan çıxan insanların tabutlarda qayıtdığını gördüm. Xoşbəxtlikdən komaya düşmədim" deyib.

Matçın 85-ci dəqiqəsində halı pisləşən hakim "Düşünürəm ki, Allah mənə oyunu bitirməyi tapşırdı. Həkimlər müayinələr zamanı dedilər ki, bədənim soyuq deyil. Komaya düşə bilərdim və bu sonum olardı"- deyə ifadə edib.

Milli.Az