Avtomobil kranla toqquşdu: biri uşaq olmaqla iki nəfər öldü

29 Mart 2023 09:37

Abşeronda kranla avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

İsmayıl Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə Ehtiram Fərzalıyevin idarə etdiyi "İVECO" markalı kran avtomobili ilə toqquşub. Nəticədə minik avtomobillində olan 1973-cü il təvəllüdlü Afət Əhmədova və 2017-ci il təvəllüdlü Zəminə Hüseynli ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az