Türkiyə müxalifəti Konstitusiya Məhkəməsinə müraciət etdi
14 May 2010 22:18
"Frans Press" agentliyinin məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının bu təşəbbüsünə etiraz edən ölkə müxalifəti Konstitusiya Məhkəməsinə üz tutub. Müxalifət hesab edir ki, Konstitusiyada məhkəmə sistemi və ordunun səlahiyyətlərinin azaldılmasını nəzərdə tutmuş dəyişikliklər əsas dövlətçilik prinsiplərinə ziddir. Onların fikrincə, hakim partiyanın bu təşəbbüsü "yalnız hakimiyyətin ömrünün uzadılmasına yönəlib".
Qeyd edək ki, Konstitusiyaya dəyişikliklərini nəzərdə tutan sənəd parlament və prezident tərəfindən ratifikasiya olunub. Dünən isə onun səsverməyə çıxarılacağı gün təyin edilib. Referendum sentyabrın 12-də keçiriləcək.
Milli.Az