Ukraynanın yazda böyük şansı olacaq - Pentaqon

29 Mart 2023 08:59

Ukrayna ordusunun bu yaz uğurlu əks-hücuma keçmək üçün şansları var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin deyib.

Ostin bildirib ki, Baxmut ətrafında ağır döyüşlərə baxmayaraq, Ukrayna ordusu Rusiya qarşısında böyük üstünlüyə malikdir.

Pentaqon rəhbəri rusların bu müharibədə xeyli itki verdiyini də vurğulayıb:

"Manevr şərtlərinin yaxşılaşdığı yaz aylarında döyüşlərin intensivləşəcəyi gözlənilir. Düşünürəm ki, Ukraynanın uğur qazanmaq şansı çox yüksək olacaq".

Milli.Az