32 yaşlı qadın yol qəzasında ağır yaralanıb

29 Mart 2023 08:12

Bakının Nəsimi rayonunda 32 yaşlı qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Rzazadə Məltəm Əhməd qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az