Ölən oğlunun paltarlarını onlara bağışladı - FOTO

28 Mart 2023 21:48

Məşhur türk model Ebru Şallı bir neçə il öncə dünyasını dəyişən oğlu Pars barədə açıqlama verib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, həyatını itirən övladının paltar və əşyalarını zəlzələdən əziyyət çəkən beş oğlan uşağı olan ailəyə bağışladığını bildirib.

Qeyd edək ki, Pars 2020-ci ildə 9 yaşı olarkən xərçəngdən vəfat edib. Ebrunun 19 yaşında Beren adlı daha bir oğlu var.

Milli.Az