Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb

28 Mart 2023 15:36

Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanların "İsmaili" dini mərkəzinə edilən bıçaqlı hücum nəticəsində azı iki nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumat Portuqaliya polisi tərəfindən təsdiqlənib.

Qeyd olunub ki, hücumu törədən və milliyəti əfqanıstanlı olduğu güman edilən şəxs hadisə yerində zərərsizləşdirilib.

Polisdən hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Milli.Az