4 mühazirəyə gorə 200 min funt sterlinq
27 Yanvar 2010 12:43
"The İndependent" qəzetinin yazdığına görə, Britaniya ictimaiyyətinin Bleyerin bu təklifi qəbul etməsinə münasibəti mənfi olub. Buna səbəb təklifi irəli sürmüş Lansdowne Partners fondunun 2008-ci ildə yaşanmış bank böhranlarından milyonlarla funt qazanmasına dair iddiaların olmasıdır. Bəzi dairələr isə hesab edir ki, hiddətə əslində, Bleyerin qazanacağı inanılmaz məbləğr səbəb olub.
Bleyerin təmsil etdiyi leyboristlər sabiq baş nazirin bu qərarını "vicdansızlıq" adlandırırlar. Onlar Bleyeri "istənilən əldən pul almağa hazır olmaqda" günahlandırır.
Milli.Az