Ruslar irəliləyir: “Vaqner” Baxmutun mərkəzində

28 Mart 2023 12:02

Ruslar Baxmutun mərkəzinə doğru irəliləyib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Hesabatda bildirilib ki, martın 27-də "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Baxmut şəhər şurasının binasından bir neçə km aralıda yerləşən 5 saylı məktəbdə olub:

"Bundan başqa ruslar şəhərin şimal-qərbində, sənaye zonasında və Zelyonaya və Aleksandra Kolpakova küçələri boyunca irəliləyiblər. Bu ərazilər Baxmutun mərkəzindən bir neçə kilometr aralıdadır. Baxmuta hücumda vaqnerçilərə rusların nizami ordu bölmələri də kömək edir".

Milli.Az