Mustafa Sandalın sərvət dəyərində yeni avtomobili - FOTO

28 Mart 2023 18:36

Türkiyəli müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sandalla Arnavutköydəki məkanların birində görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, idman geyimləri ilə diqqət çəkən cütlük məkanı tərk etdikdən sonra sahildə gəzintiyə çıxıb.

1 saatlıq gəzintidən sonra geri dönən Sandal cütlüyü yeni aldıqları 7,5 milyon TL-lik (667 623 AZN) "Porsche Taycan"a miniblər.

Onların yeni avtomobili sosial mediada müzakirə mövzusuna çevrilib.

Milli.Az