Dünyanın ən bəxtəvər insanı 800 000 dollar payladı – FOTO

15 May 2010 09:30
"The Telegraph" yazır ki, onun həyatına nəzər saldıqda bu adla razılaşmamaq olmur. Selak indiyədək bir neçə dəfə son dərəcə ağır yol qəzalarına düşsə də, onlardan yüngül xəsarətlə canını qurtara bilib. Xorvat avtomobil qəzaları ilə yanaşı, 1 dəfə dəmir yolu qəzası ilə də üzləşib. Bu da azmış kimi, bir dəfə enişə hazırlaşan kiçik təyyarənin qapısından yerə düşsə də, yenə sağ qalıb... Ötən il isə xorvat qoca yaşında ömründə ilk dəfə lotereya alıb və... 886 min dollar udub.

İndi "xoşbəxtliyi pulla almaq olmur" şüarını özü üçün əsas götürən Selak udduğu məbləği dostları və yaxınlarına paylamağa qərar verib. O, adadakı təmtəraqlı villasını da sataraq, Zaqreb yaxınlığındakı adi mənzilə köçüb. Bəxtəvər sayca 5-ci olan həyat yoldaşı ilə burada yaşamağın onun üçün ən böyük xoşbəxtlik olduğunu deyir.

Milli.Az

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------