Rusiya qoşunları 10-dan çox məntəqəni atəşə tutdu

27 Mart 2023 23:55

Rusiya qoşunları Donetsk vilayətində ukraynalı hərbçilərə qarşı gözyaşardıcı qumbaraatanlardan istifadə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bundan əlavə, Rusiya qoşunları 10-dan çox yaşayış məntəqəsini atəşə tutub. Hücumların heç birinin uğurlu olmadığı bildirilib.

Milli.Az