Tələbə bacılar dəm qazından zəhərləniblər

27 Mart 2023 23:24

Naxçıvanda iki tələbə dəm qazından zəhərlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Naxçıvan Dövlət Universitetinin tələbələri, Tovuz rayon sakinləri 2000-ci il təvəllüdlü Xədicə Abdulova və onun 2001-ci il təvəllüdlü bacısı Nailə Abdulova evdə dəm qazının sızmasından zəhərləniblər.

Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az